<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d17772856\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://sheir-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://sheir-imammehdi.blogspot.com/\x26vt\x3d-2514072957616433108', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Sunday, November 20, 2005

İntizar

Gör nə vaxtdır gözlərim gözlər səni,
Hər gecəm, gündüzlərim gözlər səni,
Yad deyil əzizlərim gözlər səni,
İntizarlı sözlərim gözlər səni.

Gəl sən Allah qəhridən qurtar məni,
Qem kədərlər şəhridən qurtar məni,
Pis və çirkab nəhridən qurtar məni,
Dövrüdə hər sehridən qurtar məni,

Görəsən hüsnünü seyr eyliyərəm mən nə zaman?
Edəcək tərk həyatımı duman və çən nə zaman?
Məhv edib qüssələri olmalıyam şən nə zaman?
Mənə xoş anları bəxş eyləyəcəksən nə zaman?

Gəlginən ey gözümün qarəsi gəl,
Gəl mənim könlümün parəsi gəl,
Ağrayır qəlbimin yarəsi gəl,
Gəl mənim dərdimin çarəsi gəl!

Bilmirəm ki, gedim hara sənsiz,
Günlərim qeyd olur qara sənsiz,
Gəlmişəm dərdidən zara sənsiz,
Tapmıram dərdimə çara sənsiz.

Gör neçə ildir ki, Müntəzirəm,
Eşqimin zindanında əsirəm,
Axtarıram səni mən gəzirəm,
Ayrılıqdan usanıb bezirəm.

Tuesday, November 01, 2005

Gəlməsə

Məclisə ol Nazənilər şahı dilbər gəlməsə,
Füyzü ləzzət aşiqə olmaz müyəssər, gəlməsə.

Adəm övladın başa salmaq çətindir dəhrdə,
Səhvini qandırmaq olmaz rüzi məşhər gəlməsə.

Kafər istər öz çanaqın başımızda sındıra,
Çarə yox imdadə gər islami-ləkər gəlməsə.

Gər ayılmazsa müsəlman çarə yoxdur bizlərə,
Qorxuram axırda iş bundan da bədtər gəlməsə.

Hər işə millət özü əncam çəkərsə, çarə var,
Bəs nolar gərçi xəcalətdən bizə tər gəlməsə.

İş qalır yoxsa zamanın sahibi etsin zühur,
Karı dünyanın düzəlməz gərçə rəhbər gəlməsə.

Pozdu dünyanın nizamın ,Maila, gör əhli-küfr,
Çarə yox hər bamdən "Allahu-əkbər" gəlməsə.
Hacı Mail

Ey gözləri yollarda qoyan yar, qiyam et

Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

İman gedir əldən, dinimiz batmadadır, gəl,
Şeytan yenə meydanda at oynatmadadır,gəl,
"Məhdim gələcək" vədəsi həm çatmadadır, gəl,
İblisə uyan kimsələrin sübhünü şam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Bu Allahı,Peyğəmbəri,Quranı bir ümmət,
Düz yoldan azıb əyriyə etməkdədir xidmət,
Bir yol varımızkən nə təsəvvür, nə təriqət,
Son qoy bu təfərrüqlərə tovhidi məram et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Hökm etmədədir küfr, qırılmaqda müsəlman,
Hər məntəqədə varsa vurulmaqda müsəlman.
Kafər əzəlidir, qanı sorulmaqda müsəlman,
Dəccalı zəlil etmək üçün durma qiyam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Şeytan salıb insanları, düşmənliyə, kinə,
Hər yanda hucum olmadadır dini mübinə,
Böhtan deyilir, Allaha, Peyğəmbərə, dinə,
Peyğəmbəri-əkrəm yolunu ğə davam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Qalmiş babadan irs sənə elmi-imamət,
Elminlə ucalsın yenə əhkami şəriət,
Zülmət bürüyən qəlblərə sal nuri həqiqət,
Aldanmiş olna qulların imanını tam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

İllərlə vüsalın yolunu izləmişik , gəl,
Həsrətlə zühur etməyini gəzləmişik, gəl,
Allaha əyandır nəcə sənsizləşmişik, gəl,
Gəl ədl ilə, bürhan ilə dünyada nizam et
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.
Ənvər Nəzərli.

Gəl imam eylə zühur

Gəl imam eylə zühur xalqımın yaman günüdür,
İlahi eylə kömək şəkkilə güman günüdür.

Zülm il doldu bu dünya "Əl-əcəl" eylər hamə,
Əccil ey Məhdiyi Mövud, indi giryan günüdür.

Çıx pəsi pərdədən ey aləmlərə zinət, nur saç,
Ey qiyamı nur olan, şadiyi Quran günüdür.

Kərbəla həsrət ilə göz dikibdi yollarına,
Yolunu gözlür hamı dünyanın viran günüdür.

Kaç görəydim xoş üzün bir dəfə, ta dərdim yox,
Aşiq öz məşuqunu dərk edə canan günüdür.

O,zühur eyləyəcək Allahın öz əmri ilə,
Yer üzün dolduracaq ədl ilə, Rəhman günüdür.

Ey Səməndər hazır ol Məhdi qiyamına qədər,
Hər cümə dərk edəsən Sahib-Zaman günüdür.

Səməndər Qarabağlı.

Səni gözlər

Dön gəl geri ey yar , bu gözlər səni gözlər,
Yollarda qoyub getdiyin izlər səni gözlər.

Sən getmisən əfsus, qalan bircə qəmindir,
Sənsiz bu qəmi könlüm əzizlər səni gözlər.

Sevdim sözünü kimsəyə sənsəz deyə bilməz,
Qəlbim bu təmiz sevgini gizlər, səni gözlər.

Gözlər yolunu həsrət ilə aşiq olanlar,
Tək biz deyilik, bizlər kimi yüzlər səni gözlər.

Gəl çat bizim imdadımıza ey son ümidimiz,
Ey kani-şəfa dərdli mərizlər səni gözlər.

Səndən utanıb gizlənəcək eyri olanlar,
Amma nə qədər var isə düzlər səni gözlər.

Məsum mələyim gəl yenə sən Narini dindir,
Şirin məzəli sevgili sözlər səni gözlər
Nari