<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d17772856\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://sheir-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://sheir-imammehdi.blogspot.com/\x26vt\x3d-2514072957616433108', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Tuesday, November 01, 2005

Səni gözlər

Dön gəl geri ey yar , bu gözlər səni gözlər,
Yollarda qoyub getdiyin izlər səni gözlər.

Sən getmisən əfsus, qalan bircə qəmindir,
Sənsiz bu qəmi könlüm əzizlər səni gözlər.

Sevdim sözünü kimsəyə sənsəz deyə bilməz,
Qəlbim bu təmiz sevgini gizlər, səni gözlər.

Gözlər yolunu həsrət ilə aşiq olanlar,
Tək biz deyilik, bizlər kimi yüzlər səni gözlər.

Gəl çat bizim imdadımıza ey son ümidimiz,
Ey kani-şəfa dərdli mərizlər səni gözlər.

Səndən utanıb gizlənəcək eyri olanlar,
Amma nə qədər var isə düzlər səni gözlər.

Məsum mələyim gəl yenə sən Narini dindir,
Şirin məzəli sevgili sözlər səni gözlər
Nari

0 Şərh var:

:
:
:

<< Ana səhifə