<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d17772856\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://sheir-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://sheir-imammehdi.blogspot.com/\x26vt\x3d-2514072957616433108', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Tuesday, November 01, 2005

Ey gözləri yollarda qoyan yar, qiyam et

Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

İman gedir əldən, dinimiz batmadadır, gəl,
Şeytan yenə meydanda at oynatmadadır,gəl,
"Məhdim gələcək" vədəsi həm çatmadadır, gəl,
İblisə uyan kimsələrin sübhünü şam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Bu Allahı,Peyğəmbəri,Quranı bir ümmət,
Düz yoldan azıb əyriyə etməkdədir xidmət,
Bir yol varımızkən nə təsəvvür, nə təriqət,
Son qoy bu təfərrüqlərə tovhidi məram et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Hökm etmədədir küfr, qırılmaqda müsəlman,
Hər məntəqədə varsa vurulmaqda müsəlman.
Kafər əzəlidir, qanı sorulmaqda müsəlman,
Dəccalı zəlil etmək üçün durma qiyam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Şeytan salıb insanları, düşmənliyə, kinə,
Hər yanda hucum olmadadır dini mübinə,
Böhtan deyilir, Allaha, Peyğəmbərə, dinə,
Peyğəmbəri-əkrəm yolunu ğə davam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Qalmiş babadan irs sənə elmi-imamət,
Elminlə ucalsın yenə əhkami şəriət,
Zülmət bürüyən qəlblərə sal nuri həqiqət,
Aldanmiş olna qulların imanını tam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

İllərlə vüsalın yolunu izləmişik , gəl,
Həsrətlə zühur etməyini gəzləmişik, gəl,
Allaha əyandır nəcə sənsizləşmişik, gəl,
Gəl ədl ilə, bürhan ilə dünyada nizam et
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.
Ənvər Nəzərli.

0 Şərh var:

:
:
:

<< Ana səhifə