<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d17772856\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://sheir-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://sheir-imammehdi.blogspot.com/\x26vt\x3d-2514072957616433108', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Sunday, November 20, 2005

İntizar

Gör nə vaxtdır gözlərim gözlər səni,
Hər gecəm, gündüzlərim gözlər səni,
Yad deyil əzizlərim gözlər səni,
İntizarlı sözlərim gözlər səni.

Gəl sən Allah qəhridən qurtar məni,
Qem kədərlər şəhridən qurtar məni,
Pis və çirkab nəhridən qurtar məni,
Dövrüdə hər sehridən qurtar məni,

Görəsən hüsnünü seyr eyliyərəm mən nə zaman?
Edəcək tərk həyatımı duman və çən nə zaman?
Məhv edib qüssələri olmalıyam şən nə zaman?
Mənə xoş anları bəxş eyləyəcəksən nə zaman?

Gəlginən ey gözümün qarəsi gəl,
Gəl mənim könlümün parəsi gəl,
Ağrayır qəlbimin yarəsi gəl,
Gəl mənim dərdimin çarəsi gəl!

Bilmirəm ki, gedim hara sənsiz,
Günlərim qeyd olur qara sənsiz,
Gəlmişəm dərdidən zara sənsiz,
Tapmıram dərdimə çara sənsiz.

Gör neçə ildir ki, Müntəzirəm,
Eşqimin zindanında əsirəm,
Axtarıram səni mən gəzirəm,
Ayrılıqdan usanıb bezirəm.

Tuesday, November 01, 2005

Gəlməsə

Məclisə ol Nazənilər şahı dilbər gəlməsə,
Füyzü ləzzət aşiqə olmaz müyəssər, gəlməsə.

Adəm övladın başa salmaq çətindir dəhrdə,
Səhvini qandırmaq olmaz rüzi məşhər gəlməsə.

Kafər istər öz çanaqın başımızda sındıra,
Çarə yox imdadə gər islami-ləkər gəlməsə.

Gər ayılmazsa müsəlman çarə yoxdur bizlərə,
Qorxuram axırda iş bundan da bədtər gəlməsə.

Hər işə millət özü əncam çəkərsə, çarə var,
Bəs nolar gərçi xəcalətdən bizə tər gəlməsə.

İş qalır yoxsa zamanın sahibi etsin zühur,
Karı dünyanın düzəlməz gərçə rəhbər gəlməsə.

Pozdu dünyanın nizamın ,Maila, gör əhli-küfr,
Çarə yox hər bamdən "Allahu-əkbər" gəlməsə.
Hacı Mail

Ey gözləri yollarda qoyan yar, qiyam et

Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

İman gedir əldən, dinimiz batmadadır, gəl,
Şeytan yenə meydanda at oynatmadadır,gəl,
"Məhdim gələcək" vədəsi həm çatmadadır, gəl,
İblisə uyan kimsələrin sübhünü şam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Bu Allahı,Peyğəmbəri,Quranı bir ümmət,
Düz yoldan azıb əyriyə etməkdədir xidmət,
Bir yol varımızkən nə təsəvvür, nə təriqət,
Son qoy bu təfərrüqlərə tovhidi məram et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Hökm etmədədir küfr, qırılmaqda müsəlman,
Hər məntəqədə varsa vurulmaqda müsəlman.
Kafər əzəlidir, qanı sorulmaqda müsəlman,
Dəccalı zəlil etmək üçün durma qiyam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Şeytan salıb insanları, düşmənliyə, kinə,
Hər yanda hucum olmadadır dini mübinə,
Böhtan deyilir, Allaha, Peyğəmbərə, dinə,
Peyğəmbəri-əkrəm yolunu ğə davam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Qalmiş babadan irs sənə elmi-imamət,
Elminlə ucalsın yenə əhkami şəriət,
Zülmət bürüyən qəlblərə sal nuri həqiqət,
Aldanmiş olna qulların imanını tam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

İllərlə vüsalın yolunu izləmişik , gəl,
Həsrətlə zühur etməyini gəzləmişik, gəl,
Allaha əyandır nəcə sənsizləşmişik, gəl,
Gəl ədl ilə, bürhan ilə dünyada nizam et
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.
Ənvər Nəzərli.

Gəl imam eylə zühur

Gəl imam eylə zühur xalqımın yaman günüdür,
İlahi eylə kömək şəkkilə güman günüdür.

Zülm il doldu bu dünya "Əl-əcəl" eylər hamə,
Əccil ey Məhdiyi Mövud, indi giryan günüdür.

Çıx pəsi pərdədən ey aləmlərə zinət, nur saç,
Ey qiyamı nur olan, şadiyi Quran günüdür.

Kərbəla həsrət ilə göz dikibdi yollarına,
Yolunu gözlür hamı dünyanın viran günüdür.

Kaç görəydim xoş üzün bir dəfə, ta dərdim yox,
Aşiq öz məşuqunu dərk edə canan günüdür.

O,zühur eyləyəcək Allahın öz əmri ilə,
Yer üzün dolduracaq ədl ilə, Rəhman günüdür.

Ey Səməndər hazır ol Məhdi qiyamına qədər,
Hər cümə dərk edəsən Sahib-Zaman günüdür.

Səməndər Qarabağlı.

Səni gözlər

Dön gəl geri ey yar , bu gözlər səni gözlər,
Yollarda qoyub getdiyin izlər səni gözlər.

Sən getmisən əfsus, qalan bircə qəmindir,
Sənsiz bu qəmi könlüm əzizlər səni gözlər.

Sevdim sözünü kimsəyə sənsəz deyə bilməz,
Qəlbim bu təmiz sevgini gizlər, səni gözlər.

Gözlər yolunu həsrət ilə aşiq olanlar,
Tək biz deyilik, bizlər kimi yüzlər səni gözlər.

Gəl çat bizim imdadımıza ey son ümidimiz,
Ey kani-şəfa dərdli mərizlər səni gözlər.

Səndən utanıb gizlənəcək eyri olanlar,
Amma nə qədər var isə düzlər səni gözlər.

Məsum mələyim gəl yenə sən Narini dindir,
Şirin məzəli sevgili sözlər səni gözlər
Nari

Friday, October 28, 2005

Ya höccətibnil Həsənil Əsgəri

Ey gözü yaşlı dolanan зцlləri,
Gəl sən özün həll elə müşkьlləri,
Soldu vilayət bağının gьlləri,
Qüssədən azad elə bülbülləri,
Ya Hğccətibnil Həsənil Əsgəri

Sən ağa İsalamın nigahbanısan,
Ruhi Əli, Fatimənin canısan,
Dərdimizin çarəyi dərmanısan,
Mülkümüzün sevimli soltanısan,
Saxlasın Allah belə xoş mənzəri,
Ya Hğccətibnil Həsənil Əsgəri

Çox şuara yazdı qəzəllər sənə,
Əsdi yazanda qəzəl əllər sənə,
Yerdə ki, aşiqdi gцzəllər sənə,
Göydə mələklər nə deyərlər sənə?
Ey hamı dildarələrin dilbəri,
Ya Hğccətibnil Həsənil Əsgəri

Mədhüvi şair nə sьxənvər bilər,
Nabö zərin qədrini zərgər bilər,
Məşuqun aşiq adın əzbər bilər,
Düz süd əmənlər səni rəhbər bilər,
Ey adı aləm dilinin əzbəri,
Ya Hğccətibnil Həsənil Əsgəri

Ax, görüm izzət ələmin yatmasın,
Haqq o gözəl gözləri ağlatmasın,
Əl nə rəva damənüvə çatmasın,
Gəl ağa qanlar arada batmasın,
Ey şьhədanın başının əfsəri,
Ya Hğccətibnil Həsənil Əsgəri

Bax ağaca hali pərişanlara,
Eylə kömək bikömək insanlara,
Ax, nə zülüm oldu müsəlmanlara,
And ola nahəq tökülən qanlara,
Səndədi biçarələrin gözləri,
Ya Hğccətibnil Həsənil Əsgəri

Sunday, October 16, 2005

SAHİB-ZAMAN

Gözləyir izharını cümlə-cahan Sahib-Zaman.
Müsəlmanlar eyləyir sənsiz fəğan Sahib-Zaman.

Sən Məhəmməd Mustafanın ən sonuncu övladı.
Kim səni bilmirsə onda yox iman Sahib Zaman.

Yer üzü zülmətlə dolmuş gəl, yox ədalət istəyən.
Haqq-ədalət nurunu eylər bəyan Sahib-Zaman.

Höccətullaha xatir var olmada dövrü cahan,
Gəl sevindir bu könül mülkün bir an Sahib-Zaman.

Hər Cümə həsrət ilə gözlərmiz intizardadır.
Ümüdlə gözlərik gəl Sahib-Zaman, Sahib-Zaman.

Qeybətindən büs-bütün aləm qəribdir ey Ağam.
Həmçinin də qərib ayeyi Quran Sahib-Zaman.

Mən Həbibi Müntəzirəm həsrətinlə söylərəm,
Əl amanu, əl amanu, əl aman Sahib-Zaman.

Həbib Müntəzir
01 Sentyabr 2004, Berlin.

Saturday, October 15, 2005

HARDASAN

Ey menim dinim,imanım hardasan!
Ey menim qemden amanım hardasan!

Ey menim qelbimdeki eşq cilvesi,
Ey menim sevgi -nişanım hardasan!

Ey olan mehşerde haqqın qayesi,
Ey menim haqdan mizanım hardasan!

Ey menim şerimdeki ilham pereim,
Ey menim nitqim,beyanım hardasan!

Ey menim arzum ,muradım, isteyim,
Ey menim yarım, hayanım hardasan!

Ey menim Kebem,Namazım, şeryetim,
Ey menim Natiq-Quranım hardasan!

Ey menim dünyamdakı parlaq güneş,
Ey menim mahi -tabanım* hardasan!

Qelbi dağlı Aqilin sesler seni,
Ey menim Sahib-Zamanım Hardasan!

Niyaməddin Babazadə

Thursday, October 13, 2005

İNTİZAR

Men nece nazlı nigarın intizarın çekmeyim
Qönçeli fesli-baharın intizarın çekmeyim.

Bülbülü-şeyda menem gül qönçeler divanesi
Gül etirli lalezarın intizarın çekmeyim?

Ey olan aşiq mene ne haqq ile qıldın reva
Üzde qara xallı yarın intizarın çekmeyim

hesretiyle gözlerim gözler seni ,gelmezmisen?
Men gelmedikde yolların intizarın çekemyim?

Ey müselmanlar deyin bes men necür cüret tapıb
Resulellah yadigarın intizarın çekmeyim.
2001
Niyameddin Babazadə